image-reklam-veteninfo
image-qadaga-jpgbackend

Azərbaycanlı iş adamı və Sumqayıtda qeydiyyatdan keçən şirkət Avropada sanksiyaya düşdü-TƏFƏRRÜATLAR

image-reklam-veteninfo

Avropa İttifaqı Şurası 15 iyun 2026-cı il tarixində Rusiya Federasiyasına qarşı növbəti-2026/1364 saylı sanksiyalar paketini qəbul edib. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən fəaliyyətlərin məhdudlaşdırılması məqsədilə atılan bu addım, sanksiyalar siyahısına 9 fiziki şəxs və 45 qurumun əlavə olunmasını nəzərdə tutur.

Vətəninfo.az Avropa İttifarının saytına istinadən xəbər verir ki, sanksiyaların hədəfi Rusiya hərbi-sənaye kompleksi və “kölgə donanması”dır.

Aİ Şurasının qərarına əsasən, Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verən, o cümlədən PUA, raket və təyyarə komponentləri istehsal edən iri müəssisələr və onlara rəhbərlik edən şəxslər qara siyahıya salınıb. Bu sanksiyalar paketi həm də Rusiyanın neft ixracını sanksiyalardan yayındıraraq dünya bazarına çıxaran “kölgə donanması”nın fəaliyyətini tamamilə dayandırmağı hədəfləyir.

 

Azərbaycanlı iş adamı və Sumqayıtdakı şirkət sanksiya siyahısında

 

Qərarın ən diqqətçəkən məqamlarından biri siyahıya Azərbaycan əsilli iş adamı Tahir Qarayevin və Sumqayıtda qeydiyyatdan keçmiş “Global Ship Solutions” MMC-nin daxil edilməsidir. Bu haqda Vətəninfo.az-da (15.06.2026 – 17:00 https://veteninfo.az/son-deqiqe-ai-den-azerbaycan-esilli-is-adamina-qarsi-sok-sanksiya-siyahiya-salindi) başlıqlı məqalədə oxuya bilərsiniz.

Aİ-nin rəsmi sənədində qeyd olunur ki, Tahir Qarayev “Coral Energy” (sonradan “2Rivers Group”) şəbəkəsi vasitəsilə Rusiya neftinin mənşəyini gizlədərək dünya bazarına ixracını təmin edib. Sumqayıtda qeydiyyatdan keçmiş “Global Ship Solutions” MMC isə Rusiya neftini daşıyan gəmilərin texniki idarəetməsini həyata keçirməkdə və beynəlxalq dənizçilik qaydalarını (avtomatik identifikasiya sistemlərinin manipulyasiyası və s.) pozmaqda ittiham olunur.

Yeni sanksiyalar paketi təkcə Rusiya şirkətlərini deyil, həmçinin Rusiyaya texnologiya və komponentlər ötürən xarici ölkə müəssisələrini də əhatə edir. Siyahıda Çin müəssisələri də var və bunlar  “Xinxiang Richful Lubricant Additive Company” və “Shenzhen Minghuaxin” şirkətləridir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinə komponent tədarükü etdiklərinə görə sanksiyalara məruz qalıb.

Hərbi texnologiya istehsalçı şirkətər isə Rusiyanın “ASFPV” (FPV dronları istehsalçısı), “Engels ‘Signal’ Eksperimental Konstruktor Bürosu” və “IONOS” MMC kimi şirkətləridir ki,  Ukraynaya qarşı müharibədə istifadə olunan silah sistemlərinin hazırlanmasına görə siyahıya daxil ediliblLƏR.

Avropa İttifaqının bu qərarın əhəmiyyəti isə ondan ibarətdir ki, Brüsselin bu addımı Rusiyanın müharibəni davam etdirmək üçün istifadə etdiyi maliyyə və logistika kanallarını bağlamaq niyyətindən xəbər verir. Xüsusilə, üçüncü ölkələr üzərindən həyata keçirilən sanksiyalardan yayınma hallarına qarşı Avropa İttifaqının mövqeyi daha da sərtləşib.

Qərar imzalandığı andan qüvvəyə minib və Avropa İttifaqı ölkələrində sanksiyaya düşən şəxs və qurumların aktivlərinin dondurulmasını, həmçinin onlarla hər hansı iqtisadi əlaqənin qadağan olunmasını nəzərdə tutur.

 

Vətəninfo.az-ın analitik qrup




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki