Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.
Vətəninfo.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.
Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.