Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 31-i gecə saatlarında yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


























