Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri davam etdirilir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat yayıb.
Məlumata görə, BŞİH başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Abadlıq yenidənqurma və təmir işlərinə 59,1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.


























