image-1backend

Bakıda  kitab sərgisi keçiriləcək -FOTO

image-reklam_sirab_01

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabr 2-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi müəyyən edilmiş indekslər üzrə (iştirakçı, ziyarətçi, keçirilən tədbirlər, yerli və xarici müəlliflər iştirakına və s.) regionun ən böyük kitab festivalıdır. Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustanın adını çəkə bilərik.

Sərgi çərçivəsində 300-dən çox tədbir keçiriləcək .  “The Replika Publishing and Printing, Çikolata” Yayınları, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press ltd.”, Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing ltd.”, “UMBUM”  nəşriyyat və təşkilatlar da sərgidə təmsil olunacaqlar.

Sərginin fəxri qonaqları isə dünya şöhrətli irland yazar Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfidir.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında 327 tədbir keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, sərginin açılış mərasimi 2 oktyabr 2024-cü ildə Bakı Ekspo Mərkəzində olacaq. Sərginin iş vaxtı hər gün 10:00-dan 20:00-dək davam edəcək. Sərgiyə gediş -gəliş isə Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə təmin ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki