“Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər “28 May” stansiyasında düşürülüb.
Vətəninfo.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib:
“Yaranmış problem qısa müddətdə aradan qaldırılıb”.