image-1backend

Bakının Zərifə Əliyeva küçəsində asfaltlanma işləri aparılır

image-reklam_sirab_01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) asfaltlanma işləri aparır.

Vətəninfo.az agentliyə istinadən xəbər verir ki, küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image