image-32backend

“Baku Steel Company” istehsal və maliyyə göstəricilərini açıqladı

image-reklam_sirab_01

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” MMC-dən verilən məlumata görə, şirkət koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, 2021-ci ilin ötən 9 ayı ərzində bir sıra istiqamətlərdə gözəçarpan uğurlar əldə edib. Bu uğurlar özünü istehsal və maliyyə göstəricilərində də əks etdirir.

Fəaliyyətində inkişafa nail olan BSC-də 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsulların həm istehsalında, həm də satışında ciddi artım müşahidə edilib. Belə ki, polad pəstah istehsalında 15%, armatur istehsalında 4%, polad məftil istehsalında 40%, boru istehsalında 14% artıma nail olub.

Hesabat dövründə satışdan gəlirlər ötən ilin analoji dövrü ilə müqayisədə 54% artıb. Belə ki, 2020-ci yanvar-sentyabr ayları üzrə satışdan gəlirlər 134 499 671 manat (ƏDV-siz), 2021-ci ilin müvafiq dövrü üzrə isə 206 662 362 manat (ƏDV-siz) təşkil edib.

Bununla yanaşı, “Baku Steel Company”nin mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb.

Belə ki, BSC ötən ilin analoji dövrünü təqribən 475 669 manat EBITDA ilə başa vurmuşdusa, 2021-ci ildə bu göstərici 138 dəfədən çox (13840%) artaraq 65 839 488 manat təşkil edib. Əgər ötən ilin 9 ayında EBITDA ümumi satışa olan nisbətdə 0,35% olmuşdusa, bu il bu rəqəm kəskin şəkildə artaraq 31,85%-ə çatıb. Hesabat dövründə şirkətin ümumi mənfəəti ötən ilin analoji dövrünə nisbətən 68 137 278 AZN artıb. Yəni şirkət əgər ötən ilin yanvar-sentyabr aylarını 12 462 168 AZN zərərlə başa vurmuşdusa, 2021-ci ilin 9 ayı ərzində vəziyyət kökündən dəyişib və 55 675 110 manat ümumi mənfəət əldə edib. Eyni zamanda, qazanılmış mənfəət hesabına şirkətin sərbəst vəsaitlərində də artım müşahidə edilib.

Bu və digər göstəriciləri “Baku Steel Company”nin aktivlərindən optimal idarəetmə nəticəsində əldə etmək mümkün olub.

Hazırda BSC rəhbərliyi tərəfindən şirkətin daha böyük uğurlar əldə etməsi istiqamətində yeni ideyalar və böyük layihələr üzərində iş gedir.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında “Baku Steel Company”nin rəhbərliyində dəyişiklik olub və bundan sonra şirkətin fəaliyyətində müsbət dinamika müşahidə olunmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki