image-9backend

Bayden ABŞ-ın dövlət borcu ilə bağlı limiti artırıb

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden dövlət borcunun limitini daha 2,5 trilyon dollar artırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Yeni qanunla borc limiti 31,4 trilyon ABŞ dolları olub.

Təşəbbüs ABŞ Konqresinin hər iki palatası tərəfindən bəyənilib.

Bununla da hökumət ölkənin dövlət borcu üzrə potensial defoltun qarşısını alıb.

ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, qanun təsdiqlənməsəydi, dekabrın 15-dən sonra federal hökumətin işini maliyyələşdirmək üçün vəsait çatışmazlığı yarana bilərdi. Təşəbbüs ABŞ hökumətinə 2023-cü ilə qədər öhdəliklərini yerinə yetirməyə imkan verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki