image-6286b67dde7ed6286b67dde7ee16529957096286b67dde7e96286b67dde7ebbackend

Bayden Türkiyənin NATO-ya etirazını Ərdoğanla müzakirə etmək istəmir

image-reklam_sirab_01

Türkiyənin NATO-ya etirazı Rəcəb Tayyib Ərdoğanla müzakirə edilməyəcək.

Veteninfo xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan bildirib.

O bildirib ki, Ankaranın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı fonunda ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Tayyib Ərdoğanla indiki mərhələdə əlaqə qurmaq planları yoxdur.

Çərşənbə günü Finlandiya və İsveç Alyansa qoşulmaq üçün ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təhvil verib.

Türkiyə də öz növbəsində daha əvvəl bəyan etmişdi ki, NATO İsveç və Finlandiyanı kürd probleminə yanaşmasına görə “hə” deyə bilməz.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki