Qara dəniz üzərində Rusiya Aerokosmik Qüvvələrinin hava məkanına nəzarəti Krım yarımadası ərazisində məlumat toplayan iki MQ-9 Reaper və Bayraktar TB2 pilotsuz təyyarəsinin uçuşunu qeydə alıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb və əlavə edib:
“Rusiya Federasiyasının dövlət sərhədinin mümkün pozulmasının qarşısını almaq və kəşfiyyat pilotsuz təyyarələrinin hərəkətinə qarşı çıxmaq məqsədilə hava hücumundan müdafiə qüvvələrinin iki qırıcısı səmaya qaldırılıb”.
Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram kanalı xəbər verir ki, nəticədə pilotsuz təyyarələr uçuş istiqamətini dəyişərək hava kəşfiyyatı rayonlarını tərk edib.


























