image-16backend

Bərzani Nəbiyev: “ Müsəlman qəbirlərinin yerləşdiyi ərazini 2400 dollar ödəyib Ermənistan dövlətindən geri aldım”

image-reklam_sirab_01

Son günlər Avropada məskunlaşan, müxalif yönümlü şəxslər hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan, eyni zamanda Ümumdünya Kürd Xalqları Diaspora Təşkilatının vitse-prezidenti Bərzani Nəbiyevlə bağlı müxtəlif səpkili məlumatlar yaymaqdadırlar.

Vətəninfo.az Bərzani Nəbiyevlə əlaqə saxlayaraq haqqında səsləndirilənlərə aydınlıq gətirməsini istəyib.
Bərzani Nəbiyev vurğulayıb ki, o ilk növbədə bir Azərbaycan sevdalısıdır. “Mən Ermənistanda anadan olmuşam. 1987-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra, Daşkəndə ali təhsil almaq üçün getdim. 1988-ci il hadisələri başlayan zaman yenidən Ermənistana qayıdıb, ata-anamı Ermənistandan çıxarıb Azərbaycana, Gəncə şəhərinə gətirdim. Uzun illər orda yaşadıq. Gəncədə yaşadığım dövrdə artıq müharibə başlamışdı və mən özüm də torpaqlarımızın işğalının qarşısının alınması üçün döyüşlərə qatıldım. Bir müddət sonra mən Rusiyaya üz tutdum və Sankt-Peterburq şəhərinə yaşamağa başladım. 36 ildən artıqdır ki, burda yaşayıram. 44 günlük Vətən müharibəsində Azərbaycanın apardığı haqq savaşında dövlətimizin yanında oldu. Mənimlə birlikdə kürd xalqının nümayəndələri də qələbəmiz üçün əllərindən gələni etdilər. Azərbaycandakı bütün azsaylı xalqların nümayəndəsi kimi, kürd xalqının oğulları həm 44 günlük Vətən Müharibəsində, həm də 24 saatlıq Anti-terror tədbirlərində əllərində silah döyüşlərdə iştirak etdilər. Biz Azərbaycana, Cənab prezidentimizə sevgimizi öz əməllərimizlə nümayiş etdirdik. Biz müzəffər, qalib bir dövlətin övladlarıyıq və bununla fəxr edirik ”.
Həmsöhbətimizi bildirir ki, o Rusiyada yaşasa da hər zaman Azərbaycana gəlib-gedib və bu gün də Azərbaycan onun üçün doğma ölkədir: “ Davamlı Azərbaycana gəlib-gedirəm. Mənim yaxınlarım-qohumlarım, kəndilərim, dostlarım məhz Azərbaycandadır. Xeyir və şərdə birlikdə oluruq”.

 

image-1

 

image-2

 

image-3image-4

Bərzani Nəbiyev qeyd edib ki, o eyni zamanda diaspora fəaliyyəti ilə məşğuldur. : “Mən Ümumdünya Kürd Xalqları Diaspora təşkilatının vitse-prezidentiyəm. Bu fəaliyyətim çərçivəsində hər zaman iştirak etdiyim müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarının qorunması üçün çalışmışam. İstər İraqın Şimalında yerləşən Kürd Muxtariyyatının liderləri, hörmətli Məsud Bərzani ilə,eyni zamanda hazırda Muxtariyyatın lideri Nəcirvan Bərzani ilə görüşülərimdə Azərbaycan dövlətinin və xalqının sevgi və salamların ifadə etmişəm. Bilindiyi kimi hörmətli Nəcirvan Bərzani Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin dəvəti ilə Azərbaycanda səfərdə olub. Kürd xalqının hər iki liderinin Azərbaycan dövlətinə və xalqına münasibəti doğurdan da yüksək bir səviyyədədir”.

image-4image-5image-6

image-15

Bərzani Nəbiyev Ermənistana səfəri ilə bağlı səsləndirilən fikirlərə də toxunub: “Qeyd etdiyim kimi, biz Ermənistanda anadan olmuşuq, orda yaşamışıq. Dədələrimiz, babalarımız o torpaqda yaşlanıb, ömür sürüblər, dünyaların dəyişiblər. Mən məlumat aldım ki, Ermənistanda konkret olaraq Vedi rayonunda mənim də yaxınlarımın dəfn olunduğu müsəlman qəbristanlığı dağıdılır, o ərazi kimlər tərəfindənsə ələ keçirilmək istənilir.

Bununla bağlı İraq Kürdüstan Muxtariyyatının liderləri ilə görüşdə ciddi xahişlərim oldu. Onlasrdan rica etdim ki, o ərazinin qorunması vacibdir. Çünki, böyük bir müsəlman qəbristanlığı yox ola bilər. Sağ olsunlar bu məsələdə mənə dəstək verildi. Mən Avropa Parlamentariləri ilə görüşdüm və onlarla da bu məsələni müzakirə etdik. 2017-ci ildə Avropa Parlamentinin birbaşa təminatı ilə Ermənistanda oldum. İrəvanda Ermənistan dövlətinin rəsmilərindən Karen Merkasiyanla görüşdüm. Bu görüşdən sonra, böyük məbləğ ödəyərək, ərazini satın aldım və qəbristanlığın məhv olmasının qarşısını aldım. Həmin qəbristanlığın qorunması üçün hasarlandı. Sizlərə təqdim edəcəyim videolarda o hasarlanma yer alır”.

Bərzani Nəbiyev qeyd edib ki, Avropada məskunlaşan bəzi insanlar müxtəlif sosial şəbəkələrdə onun yezidi kürd olması ilə bağıı müxtəlif fikirlər səsləndirilir: “ Bəli mən kürd xalqının nümayəndələrindən biriyəm.

Amma yezidi kürdü deyiləm. Mənim bütün xalqlara qarşı münasibətim hər zaman xoşniyyət üzərində olub. İraqın Kürdüstan Muxtariyyatına səfər edən də orda yaşayan, oranın yerli insanları olan türkmənlərlə də görüşürəm. Türkiyəyə səfər edəndə Türkiyənin dövlət və hökumət adamları ilə də görüşlərim olur. Yəni biz ayrıseçkiliyi özümüzdən uzaq tuturuq. Kimlərsə bu gün mənim adımı bu və ya digər formalarda çəkərək, hansısa mənfi bir imic yaratmağa səy göstərirsə, bu alınmaz. Bir daha deyirəm. Mən kürd xalqına mənsub olsam da, mən Azərbaycan sevdalısıyam, Türkiyə sevdalısıyam. Ona görə də belə qaralama kompaniyalarına əl atmaları sadəcə onlar üçün vaxt itkisidir”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki