“Bakı Fond Birjası” QSC (BFB) işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün “Yaşıl istiqraz” (“Green bond”) buraxılışına hazırdır”.
Veteninfo.az xəbər verir ki, bunu Birjanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev bildirib.
“Bunun üçün qanunvericiliyik bazası mövcuddur. Sadəcə həmin buraxılışı reallaşdıracaq emitent lazımdır. Əgər müraciət olsa, biz bunu məmnunuyyətlə reallaşdıra bilərik. “Yaşıl istiqraz” buraxılışı üçün investisiya şirkətlərinin üzərinə böyük yük düşür. Onlar da bu məsələni araşdırır”, – deyə o, qeyd edib.