image-1backend

Bir filmin tarıxı…

image-reklam_sirab_01

2003-cü ildə Amerika kinosənəti institutu 50 müsbət və 50 mənfi olmaqla 100 əsas kino personajlarının siyahısını hazırladı.
ABŞ kinosunun ən müsbət qəhrəmanı 1962-ci ildə çəkilən “Bülbülü öldürmək” (To Kill a Mockingbird) filminin baş personajı Attikus Finç (ifaçı: Qreqori Pek) seçildi. O, siyahıda sonrakı iki yeri tutan İndiana Cons və Ceyms Bondu, eləcə də Oskar Şindler, Klariss Starlinq, Erin Brokoviç, Spartak, Rokki Balboa, Maksimus və digər, bəlkə daha tanınmış personajları qabaqladı.
“Bülbülü öldürmək” filmi o zaman ən kəskin dövrünü yaşayan irqi problemə həsr olunub. Alabama ştatında yaşayan ağdərili vəkil Attikus Finç ağdərili qadını zorlamaqda ədalətsiz ittiham olunan qaradərilini müdafiə etməyə razı olur. Buna görə özü təzyiqə, uşaqları isə məktəbdə bullinqə məruz qalır. Amma Finç geri çəkilmir, müvəkkilini sonacan müdafiə edir. Qreqori Pek bu ifasına görə Oskar aldı (film ssenari və rəssam işinə görə daha iki Oskara layiq görülüb).
Ən mənfi personajlar sırasında isə ilk üç yeri ardıcıllıqla Hannibal Lektor (Quzuların susqunluğu), Norman Beyts (Psixo) və Dart Veyder (Ulduz müharibələri. V epizod. İmperiya cavab zərbəsi endirir) tutdular.
Mənfi personajlar siyahısında tibb bacısı Retçed, Maykl Korleone, Amon Göt, Bonni Parker və Klayd Berrou cütlüyü və s. personajlar yer alır.
Maraqlıdır ki, Arnold Şvartseneqqerin Terminator obrazı həm mənfi (Terminator), həm də müsbət (Terminator-2) personajlar arasında rast gəlinir.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image