image-1backend

“Biz İranda əmin-amanlığın sabitliyin tərəfdarıyıq” -VİDEO

image-reklam_sirab_01

“İran 40 ildən çoxdur sankisya altında olan ölkədir. Sanksiyalara baxmayaraq İran öz siyasətini yenə bildiyi kimi davam etdirir.” – bu fikirləri MediaTürk İnternet Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Cavanşir Feyziyev bildirib ki, İrana qarşı sankisyaların sərtləşdirilməsi Qəzza ilə bağlı deyil.

“Sankisya altında olan ölkənin texnikalarının vəziyyəti göz önündədir. Bu gün İran iqtisadiyyatı artıq çökmüş vəziyyətdədir. Sözsüz ki, bu  bütün bunlar sanksiyaların nəticəsidir. İran prezidentinin qəzaya ugradığı və həlak olduğu helikopter 1994-cü ilin istehsalıdır. Göründüyü kimi İran məhz sankisyalara görə öz hərbi texnikalarının yeniləyə bilmir. Bütün bunlara rəğmən bizim İranda 40 milyon soydaşımız yaşayır. İran bizim qonşu dövlətimizdir. Biz İranda əmin-amanlığın sabitliyin tərəfdarıyıq”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki