Vətəninfo.az xəbər verir ki, bu gün 110 saylı Balakən Seçki Dairəsindən millət vəkilliyinə namizəd Eslanda Səlimova Püştətala kəndində seçiciləri ilə görüşüb.
Eslanda Səlimovanı alqışlarla qarşılayan Püştətalalılar keçirilən görüşdə aktivlik nümayiş etdiriblər.
Seçicilər qarşısında çıxış edən Eslanda Səlimova vurğulayıb ki, o həkimdir və hər zaman insanlara şəfqətlə yanaşıb.
“Mənim amalım, məqsədim hər zaman insanlara xidmət olub. Özüm bu elin-obanın qızıyam. Seçkilərdə iştirakımın məqsədi də elimə-obama bir millət vəkili olaraq xidmət etməkdir. Əgər sizlər mənə ehtimad göstərib millət vəkili seçərsinizsə, o zaman Azərbaycan Milli Məclisində sizlərin qarşılaşdığınız problemlərin həlli yönündə çalışacaq, dövlətimizin ali qanunverici bazasınının möhkəmlənməsində bütün bilik və bacarığımı əsirgəməyəcəm”.
Millət vəkilliyinə namizəd qeyd edib ki, Balakənin böyük turizim imkanları var və bundan insanların yararlanması vacibdir.
Görüşdə kənd sakinləri çıxış edərək 1 Sentyabrda aktiv olacaqlarını və ailələri ilə birgə Eslanda Səlimovaya səs verəcəklərini qeyd ediblər.