image-reklam-veteninfo
image-6253c21dbb6836253c21dbb68416496563496253c21dbb67f6253c21dbb681backend

BMT: 4,5 milyon ukraynalı ölkəsindən qaçqın düşüb

image-reklam-veteninfo

Fevralın 24-də Rusiya işğalının başlamasından sonra 4,5 milyon ukraynalı ölkəsini tərk edib.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatında qeyd olunub.

Bildirilib ki, Ukraynanı tərk edənlərin əksəriyyəti qonşu ölkələrə keçib.

Polşa bu müddətdə ən çox ukraynalı qaçqın qəbul edən ölkə olub. Müharibə başlayandan bu ölkəyə təxminən 2,6 milyon ukraynalı üz tutub. Rumıniya, Macarıstan və Moldova isə ümumilikdə 2 milyon ukraynalı qaçqını qəbul edib.

Məlumatda qeyd olunub ki, Ukraynadakı gərgin vəziyyət mülki itkilərə, mülki infrastrukturun dağıdılmasına səbəb olur, insanları təhlükəsizlik və yardım məqsədi ilə evlərindən qaçmağa məcbur edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki