image-625c86cc356c6625c86cc356c71650230988636b8579f1e86e2582ee11a8ca0faec9backend

BMT-nin baş katibi yoxsulluq təhlükəsi barədə xəbərdarlıq edib

image-reklam_sirab_01

Ukraynadakı münaqişə 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur.

Veteninfo.az “izvestiya” qəzetinə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

“Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji resurslarının qlobal ixracına mane olur, yaşayış minimumunun kəskin artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi nəticələrə çevrilir”, – deyə baş katib qeyd edib.

Quterreşin fikrincə, böhrandan çıxmaq üçün varlı dövlətlər kasıb ölkələrə maliyyə yardımı göstərməlidir. Bununla da Yer kürəsinin sakinləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini təmin olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki