image-60backend

bp Azərbaycan ilə növbəti planlar və yeni imkanları müzakirə edib

image-reklam_sirab_01

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell oktyabrın 25-dən başlayaraq Azərbaycanda üçgünlük işgüzar səfərdə olub.

Veteninfo.az şirkətə istinadən xəbər verir ki, Birrell çox uğurlu və sıx cədvəli olan bu səfərini başa vuraraq dünən gecə Londona yola düşüb.

Səfər zamanı Birrell bp-nin regiondakı biznes rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirib və bp-nin əməliyyatçısı olduğu “Şahdəniz Bravo” platformasına və Səngəçal Terminalına (Bakı yaxınlığında, quruda yerləşir) baş çəkib.

Səfər çərçivəsində həmçinin Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşlər keçirilib, regionda bp-nin icraçısı olduğu layihələr, eləcə də bp ilə Azərbaycan arasında uğurlu enerji tərəfdaşlığının davam etdirilməsi üçün növbəti planlar və yeni imkanlar müzakirə edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki