image-6813339b-2276-3402-8bb8-06ee3e858107_850backend

Britaniya Buçadakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasının keçirilməsinə razılıq verməyib

image-reklam_sirab_01

Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının Ukraynanın Buça şəhərində vəziyyətlə bağlı iclasının keçirilməsinə razılıq verməyib, Rusiya yenidən toplantının çağırılmasını tələb edəcək.

Veteninfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

“Dünən ən pis ingilis ənənələrinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniya Buçada vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə razılıq verməyib. Rusiya bu gün yenidən BMT Təhlükəsizlik Şurasının çağırılmasını tələb edəcək”, – o bildirib.

Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Aprelin 3-də Rusiya Müdafiə Nazirliyi qoşunlarının Buçanı martın 30-da tərk etdiyini, şəhərdən çəkilmiş foto və videogörüntülərin səhnələşdirildiyini və təxribat olduğunu, həmçinin Rusiya hərbçilərinin şəhərdə olduğu müddətdə heç bir sakinə zərər vermədiyini iddia edib. Bununla əlaqədar Rusiya Buça hadisələrini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. Eyni zamanda ABŞ və Böyük Britaniya Rusiyanı Təhlükəsizlik Şurasının iclaslarından dezinformasiya yaymaq üçün istifadə etməkdə günahlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki