image-4backend

Britaniya yaxın illərdə dünyada hərbi mövcudluğunu artırır

image-reklam_sirab_01

Böyük Britaniya qarşıdakı illərdə dünyanın müxtəlif yerlərində potensial təhlükələrə daha yaxşı cavab vermək üçün qlobal hərbi mövcudluğunu artırmaq niyyətindədir.

Veteninfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin dərc etdiyi quru qoşunlarının modernləşdirilməsi planında deyilir.

“Gələcəyin əsgəri” adlandırılan sənəddə qeyd edilir ki, əsas yerüstü regional mərkəzlər Almaniya, Keniya və Omanda yerləşəcək. Bundan əlavə, 16-cı hava desant hücum briqadası və 1-ci ordu Aviasiya briqadası əsasında qlobal hərbi qüvvələr yaradılacaq ki, bu da lazım gəldikdə həm döyüş əməliyyatlarının aparılmasında, həm də humanitar yardımın göstərilməsində istifadə oluna bilər.

Qlobal hərbi qüvvələr əlavə motoatıcı, istehkamçı və logistika batalyonları, artilleriya batareyası, eləcə də yeni “Apache” və “Chinook” helikopterləri ilə gücləndiriləcək.

Bununla yanaşı, zorakı ekstremist təşkilatlara və düşmən dövlətlərin təhdidlərinə qarşı mübarizə məqsədilə xüsusi təyinatlı ordu briqadası yaradılır. Briqadanın Şərqi Afrikada, o cümlədən Somalidə partizan əməliyyatları aparmaq üzrə ixtisaslaşacağı bildirilir.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, quru qoşunlarının silahlanmasına büdcə xərclərinin əvvəlcə planlaşdırılan 33 milyard funt-sterlinqdən (44 milyard ABŞ dolları) 41,3 milyarda (55 milyard dollar) qədər artırılması nəzərdə tutulur. 2025-ci ilə qədər kral silahlı qüvvələrinin sayı 73 min nəfər olacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki