image-dizelbackend

Bu il Azərbaycanda dizel yanacağının istehsalı 12 % artıb

image-reklam_sirab_01

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 417 milyon manat təşkil edib.

Veteninfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,5 % çoxdur.

Hesabat dövründə 690,1 min ton həcmində avtomobil benzini, 1 milyon 458,7 min ton dizel yanacağı, 30,6 min ton sürtkü yağları, 197,1 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin 7 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 3,6 % azalıb, neft bitumunun istehsalı 14,3%, dizel yanacağının istehsalı isə 11,9 %, sürtkü yağlarının istehsalı 88,9 % artıb.

Həmçinin, bu ilin 7 ayında ölkədə 247,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 291,3 min ton ağ neft, 25,5 min ton yanacaq mazutu, 153,7 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 55,4 %, neft koksunun istehsalı 21,1%, ağ neftin istehsalı 3,9% artıb, yanacaq mazutunun istehsalı % azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki