Ukraynanın Lvov bölgəsində ölkədən çıxmaq istəyən insanlar səbəbindən böyük növbələr yaranıb.
Vətəninfo.az xəbər verir ki, Polşa ilə sərhəddəki “Krakovets” keçid məntəqəsinin yaxınlığında nəqliyyat vasitələrinin cəmləşməsi müşahidə olunur.
Növbələrin səbəbi Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin Medika keçid məntəqəsində təmir işlərinə iyunun 15-də başlayacağı barədə açıqlamasıdır.
Nəticədə, keçid məntəqəsinin tutumu müvəqqəti olaraq azalacaq və 12 saatda səkkiz avtobusa xidmət göstərəcək.
Bu hal vətəndaşları sərhədi əvvəlcədən keçməyə məcbur etdi və nəticədə kilometrlərlə davam edən növbələr yarandı.


























