image-1backend

Bu yol Azərbaycanın nəzarətinə keçir? – Ermənilər açıqladı

image-reklam_sirab_01

Bağanis, Voskepar və Berkaber kəndlərinin ərazilərində delimitasiya uğurlu alınıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi “Armenpress” xəbər agentliyinə müsahibəsində bildirib.

Ən həssas məsələlərdən biri Voskepardakı kilsə ilə bağlı idi. Digər ağrılı məsələ Voskepar-Bağanis yolu ilə bağlı olub.

“Hər iki məsələ ən yaxşı şəkildə həll olunub: yol tamamilə Ermənistanın ərazisində yerləşir, eyni zamanda, sərhəd də onlardan kifayət qədər uzaqdadır”, – deyə Departamentdən bildiriblər.

Səlahiyyətlilər onu da izah etdilər ki, iki ölkənin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış sərhədə nəzarət edəcəklər.

Kirantsın daha həssas hissəsində proses bu bir az sonra baş verəcək, “çünki orada bəzi detalların dəqiqləşdirilməsi lazımdır”.

Bu səbəbdən Kirantsda bütün sərhəd dirəkləri quraşdırılmayıb. Ərazidəki üç məntəqənin koordinatları kompüter hesablamaları ilə müəyyən edilib və sütunlar sonradan quraşdırılacaq. O da qeyd olunur ki, son 33 ildə əlçatmaz olan 25 hektara yaxın kənd təsərrüfatına yararlı torpaqlar kəndə qaytarılacaq.

Sərhədin 1976-cı il xəritəsinə uyğun olduğu vurğulanır.

Lakin Ermənistan hakimiyyəti etiraf edir ki, yolun yerdəyişməsi ilə bağlı problem yaranacaq, lakin bunu 2-3 aya həll etmək olar.

“H-26 yolundan Acarkut və daha sonra Kirantsa gedən alternativ marşrut yenilənəcək”, – baş nazirin ofisinin mətbuat xidməti qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki