Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yarancağı narahatlığı fonunda 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Buğdanın may fyçerslərinin qiyməti Çikaqo birjasında 7,1% artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
“Commerzbank”ın məlumatına görə, Rusiya və Ukraynanın qlobal buğda ixracındakı payı 30% təşkil edir.
Xatırladaq ki, ötən il Azərbaycan xaricdən 331,946 mln. dolları (564,308 mln. manat) dəyərində 1 148 100,77 ton buğda idxal edib, bu da dəyər ifadəsində 11,8% çox, həcm ifadəsində isə 15,9% azdır. 2021-ci il ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77%-nə bərabər olub.