image-69549a41-8a86-3459-b4f6-8b075f98292f_850-696x434backend

Çempionlar Liqası: 1/4 finalın ilk iştirakçıları bəlli olub

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

İlk oyun günündə 2 qarşılaşma baş tutub.

“Benfika” Portuqaliyada Belçika “Brügge”sini qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:1. İlk görüşdə də qalib gələn Lissabon təmsilçisi növbəti mərhələyə adlayıb.

Gecənin prinsipial oyunu İngiltərədə “Çelsi” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında olub. “Zadəganlar” ilk qarşılaşmadakı minimal hesablı məğlubiyyətin (0:1) əvəzini artıqlaması ilə çıxıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən London klubu adını 1/4 finala yazdırıb.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart

00:00. “Çelsi” (İngiltərə) – “Borussiya” Dortmund (Almaniya) – 2:0
Qollar: Rahim Sterlinq, 43. Kay Haverts, 53 (penalti)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
London, “Stemford Bric” stadionu

00:00. “Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) – 5:1
Qollar: Rafa Silva, 38. Qonsalu Ramuş, 45+2; 57, Joau Mariu, 71 (penalti). David Neres, 77 – Byörn Meyer, 87
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun – 2:0
Lissabon, “Eştadiu du Benfika” stadionu

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki