UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.
İspaniya “Real Madrid”i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”u evdə də məğlub edib – 1:0. Bu nəticə “kral klubu”nu növbəti mərhələyə yüksəldib.
Gecənin digər matçında isə “Napoli” İtaliyada Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını sınağa çəkib. İlk qarşılaşmada 2:0 hesablı qələbə qazanan Neapol təmsilçisi cavab matçında da rəqibinə şans verməyib – 3:0.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
00:00. “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0
Qol: Kərim Benzema, 79
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun – 5:2
Madrid, “Santyaqo Bernabeu” stadionu
00:00. “Napoli” (İtaliya) – “Ayntraxt” Frankfurt (Almaniya) – 3:0
Qollar: Viktor Osimhen, 45+2; 53. Pyotr Zelinski, 64 (penalti)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 2:0
Neapol, “Dieqo Armando Maradona” stadionu
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları 1/4 finala vəsiqə qazanıblar.