image-13be97e6-4037-33dd-a23a-1c6204e650dd_850backend

Çempionlar Liqası: “Benfika” səfərdə, “Makkabi” evdə qələbə qazanıb

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarına yekun vurulub.

İkinci oyun günündə 3 qarşılaşma baş tutub.

Gecənin ilk görüşündə Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

İsrailin “Makkabi” (Hayfa) klubu evdə Serbiya “Srvena Zvezda”sını 3:2, Portuqaliya “Benfika”sı isə Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasını 2:0 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya) – 0:0

23:00. “Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya) – 3:2

Qollar: Frantsdi Pyero, 18; 51. Tyeronn Şeri,61 – Aleksandr Peşiç, 27. Gelor Kanqa, 39

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:2

Qollar: Cilberto Moraes, 9. Qonsalu Ramuş, 37.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları avqustun 23-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki