image-f9e34461-779c-335a-a016-239f71b2209b_850backend

Çempionlar Liqası: Mahir Emrelinin komandası qrup mərhələsinə vəsiqə qazanıb

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

İkinci oyun günündə keçirilən qarşılaşmalarla qrup mərhələsinin son 3 iştirakçısı bəlli olub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) klubu Xorvatiyada Norveçin “Budö Qlimt” komandasını sınağa çəkib. Səfərdə 0:1 hesabı ilə uduzan Zaqreb təmsilçisi evdəki görüşün əsas vaxtında minimal üstünlüklə qalib gəlib – 2:1. Ümumi hesab bərabərləşdiyindən əlavə vaxt oynanılıb. Burada daha 2 qol vuran meydan sahibləri yekunda 4:1 hesablı qələbə ilə qrup mərhələsinə adlayıb.

Oyuna ehtiyatda başlayan Emreli 60-cı dəqiqədə Dario Şpikiçin yerinə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” evdə Danimarka “Kopenhagen”i ilə qolsuz bərabərliyə razılaşıb. Bu nəticə qonaqları Çempionlar Liqasının, meydan sahiblərini isə Avropa Liqasının qrupuna daşıyıb.

PSV isə Niderlandda Şotlandiya “Reyncers”i ilə bacarmayıb – 0:1. Qlazqo təmsilçisi səfər qələbəsi hesabına qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Budö Qlimt” (Norveç) – 4:1 (ƏLAVƏ VAXTDA – 2:0)

Qollar: Mislav Orşiç, 4. Bruno Petkoviç, 35. Yosip Drmiç, 117. Petar Boçkay, 120 – Albert Qrönbek, 70

İlk oyun – 0:1

23:00. “Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 0:0

İlk oyun – 1:2

23:00. PSV (Niderland) – “Reyncers” (Şotlandiya) – 0:1

Qol: Antonio Çolak, 60

İlk oyun – 2:2

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki