image-9df155bf-d894-337f-b18e-26b9d5ed6275_850backend

Çempionlar Liqası: Mahir Emrelinin komandası və “Trabzonspor” uduzub

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib.

ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Norveçdə “Budö Qlimt”in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyuna ehtiyatda başlayan Emreli 69-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada “Kopenhagen”lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

Digər qarşılaşmada isə Şotlandiya “Reyncers”i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib – 2:2.

Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki