image-8bd9ab62-83fa-37b9-aa53-a997f0c69384_850backend

Çexiyanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

image-reklam_sirab_01

Çexiyanın keçmiş baş naziri, milyarder Andrey Babiş prezidentliyə namizəd olmaq niyyətində olduğunu bildirib.

Bu barədə siyasətçi feysbukda yazıb.

“Mən Çexiya Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, – o qeyd edib.

Qeyd edək ki, ölkənin hazırkı rəhbəri Miloş Zemanın mandatı 2023-cü il martın 8-də, ikinci beşillik səlahiyyət müddəti sona çatdıqda başa çatır. Çexiya qanunvericiliyinə görə, Zeman artıq prezident seçkilərində iştirak üçün müraciət edə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki