image-9backend

Çin Yaponiyaya nota verdi

image-reklam_sirab_01

Çin avqustun 24-dən etibarən Fukusimadakı Atom Elektrik Stansiyasından radioaktiv tullantı sularının okeana axıdılması qərarına görə Yaponiyaya etiraz notası verib.

Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini Sun Veydonq Yaponiyanın Çindəki səfiri Tarumi Hideonu məsələ ilə bağlı nazirliyə çağırıb.

Yaponiyanın qərarını “eqoist və məsuliyyətsiz” adlandıraraq nota verdiklərini bildirən S.Veydong deyib: “Yaponiya bu qərarla öz maraqlarını qonşu ölkələrin narahatlığından üstün tutub. Çin dəniz ekologiyasının qorunması, qida təhlükəsizliyi və əhalinin sağlamlığı üçün lazımi tədbirləri görəcək”.

Yaponiya səfirliyindən verilən açıqlamada səfir T.Hideonu görüş zamanı hökumətin tullantı sularının axıdılması planını şəffaf və elmi şəkildə izah etdiyini və Çinin bu məsələ ilə bağlı iddialarının heç bir elmi əsası olmadığını söylədiyini bildirib.

Qeyd edək ki, Yaponiya baş naziri Kişida Fumio Nazirlər Kabinetinin 22 avqust iclasından sonra verdiyi açıqlamada Fukusimadakı Atom Elektrik Stansiyasından radioaktiv tullantı suyunun okeana axıdılmasının avqustun 24-də başlayacağını açıqlayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi elektrik stansiyasında apardığı araşdırmalardan sonra iyulun 4-də Yaponiyanın tullantı sularının axıdılması planının təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.

Xatırladaq ki, 2011-ci ilin martında baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində yaranan sunami Fukusima Atom Elektrik Stansiyasında 4 nüvə reaktorundan 3-nə ziyan vurmuş, radioaktiv tullantılar səbəbindən elektrik stansiyasının ətrafı “evakuasiya zonası” elan edilmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki