“Nəticəmiz yaxşı oldu. Əlbəttə, Bakıdakı nəticəni burada təkrarlamaq mümkün deyildi”.
Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə V İslam Həmrəyliyi Oyunlarındakı nəticəni şərh edərkən deyib.
Funksioner bildirib ki, İslamiadada qazanılan 99 medal yüksək nəticədir: “Onu da qeyd edək ki, ən yaxşı cüdoçularımız gəlməmişdi. Atletimiz Nazim Babayev zədə aldı və medal qazana bilmədi. Nəticəni uğurlu hesab edirəm”.
O, yarışın təşkilatçılığına da toxunub: “Hər şey yaxşı idi. Oyunlar baş tutdu. Detalları Bakıda müzakirə edərik”.