İngiltərə millisinin və Dortmund “Borussiya”sının 19 yaşlı yarımmüdafiəçisi Cud Bellinqhem 2022-ci ilin ən yaxşı gənc futbolçusu seçilib. Vətəninfo.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının ( IIFHS ) versiyasına görə, Avropanın ən yaxşı gənc futbolçusu Cud Bellinqhemdir.
IIFHS də 2022-ci ildə Avropanın ən yaxşı gənc futbolçularından ibarət simvolik komanda (U-20) tərtib edib.
Qapıçı : Gavin Bazunu (İrlandiya, “Sauthempton”).
Müdafiəçilər : Nunu Mendes (Portuqaliya, PSJ), Yosko Qvardiol (Xorvatiya, “RB Leypsiq”), Antonio Silva (Benfika, Portuqaliya).
Yarımmüdafiəçilər : Eduardo Kamavinqa (Fransa, “Real Madrid”), Qavi (İspaniya, “Barselona”), Cude Bellinqhem (İngiltərə, “Borussiya Dortmund”), Pedri (İspaniya, “Barselona”).
Hücumçular: Kərim Adeyemi (Almaniya, “Borussiya Dortmund”), Camal Musiala (Almaniya, “Bavariya”), Ansu Fati (İspaniya, “Barselona”).