image-70backend

Daha 62 “MilliÖn” ödəmə terminalı “BakıKart” sisteminə inteqrasiya olunacaq

image-reklam_sirab_01

Bakı Nəqliyyat Agentliyi “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayını artırıb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin “BakıKart”ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir.

“Bu çərçivədə “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1 354-ə çatdırılıb. Əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKartın” balansını artıra biləcəklər”, – BNA bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki