image-img-20211222-wa0024backend

Deputat Ramil Həsən “Azərbaycan-18ildə: Uğurlar və Prespektivlər” mövzusunda konfransda iştirak etmişdir

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyasının Ucar rayonundan Milli Məclisə üzv seçilmiş Deputat Ramil Həsən Ucar rayonuna səfər etmiş, səfər çərçivəsində seçicilərlə görüşmüş və “Azərbaycan-18ildə: Uğurlar və Prespektivlər” mövzusunda konfransda iştirak etmişdir. Tədbirdən öncə Millət Vəkili Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri vəzifəsini icra edən Şəhla Abdullayeva ilə birlikdə Ümummilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər qoymuş, hörmət və ehtiramla yad etmişlər. Daha sonra Ucar rayon Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə çiçəklər qoyulmuş və dualar oxunmuşdur.

Yeni Azərbaycan Partiyası Ucar Rayon təşkilatının təşkilatçılığı ilə baş tutan “Azərbaycan-18ildə: Uğurlar və Prespektivlər” mövzusunda konfransında açılış nitqi söyləyən YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva Cənab Prezident İlham Əliyevin 18 illik fəaliyyəti, qazanılmış uğurlar və Yeni Azərbaycan Partiyasının regionun nüfuzlu Partiyası olaraq vətənimizdə həyata keçirdiyi uğurlu siyasət haqqında öz fikirlərini bildirmişdir.

Konfransda mövzu ətrafında geniş məruzə ilə çıxış edən Millət Vəkili Ramil Həsən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 il ərzində vətənimizdə həyata keçirmiş olduğu bütün islahatlar, bu islahatların nəticəsi olaraq bu gün qazanılmış olan uğurlar və bu uğurların effektiv təsir mexanizmi nəticəsində müxtəlif sahələrdə həyata keçirilən islahatlar prosesləri, o cümlədən islahatlar proseslərinin vermiş olduğu müsbət nəticələri haqqında öz fikirlərini iştirakçılar ilə bölüşmüşdür. Ümümmilli lider Heydər Əliyevin Azərbaycanı xaosdan, qardaş qırğınından çıxardaraq, vətənimizi çiçəklənən, güclənən, daha da qüdrətli və qüvvətli ölkə olmasının davamı olaraq, ölkə rəhbəri Cənab İlham Əliyev tərəfindən həyata keçirilən addımların bu uğurlu davamın mükəmməl bir təcəssümü kimi qeyd etmişdir. Həmçinin Ramil Həsən vurğulamışdır ki, Azərbaycan Prezidentinin məhz milli vətənpərvərlik, milli ideologiya, Azərbaycanın milli şüurunun formalaşması istiqamətində Heydər Əliyevin təməlini atmış olduğu ideyaları sürətlə inkişaf etdirməsi, yayması nəticəsində gənc nəslin milli ideologiyaya sadiq olaraq yetişməsi və əlbəttə ki, Azərbaycan iqtisadiyyatını effektiv şəkildə düşünülmüş, planlı bir mexanizmlə inkişaf etdirərək qüvvətli bir gücə çevirilərək müasir və innovativ Azərbaycanın milli ordusunun formalaşdırmasında və şübhəsiz ki, bu orduda ləyaqətlə, vicdanla, şərəflə fəaliyyət göstərən, canı və qanı ilə Vətəninə bağlı olan hərbiçilərin milli ideologiya istiqamətində formalaşmasına böyük töhfə vermişdir, məhz biz, bu töhfənin mükəmməl və uğurlu bir nəticəsini II Qarabağ Zəfər Savaşında canlı şahidi olduq.

Azərbaycan Prezidenti ən güclü və qüvvətli dövlət xadimi olaraq mükəmməl bir sərkərdə kimi də öz fəaliyyətini göstərmişdir ki, məhz bu fəaliyyətin nəticəsində igid oğullarımız, Azərbaycanın Müzəffər ordusu Qarabağ torpaqlarını 30 ildən sonra düşmən tapdağından azad etmiş və şübhəsiz ki, Azərbaycana Zəfər bəxş edərək tarixi lider kimi artiq Azərbaycan xalqının qəlbində taxt qurmuşdur. Niyyəti və məqsədi ölkəmizin daha da qüvvətlənib qüdrətlənməsi, sosial vəfa halının daha da güclənməsi, iqtisadiyyatının, ordusunun və bütün istiqamətlərdə, bütün sferalar üzrə müasir imkanlardan istifadə edərək daha da yüksəldilməsi ilə bağlı olan hər bir vətəndaşın Azərbaycan Prezidenti Ali Baş Komandanın ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulamış və bundan sonrakı fəaliyyətdə Yeni Azərbaycan Partiyasının bu işdə flaqman olduğunu və Partiyanın sədri Cənab İlham Əliyevin başçılığı altında uğurla fəaliyyət göstərdiyini və göstərəcəyini bildirmişdir.

Daha sonra tədbir iştirakçılarına fikirlərini bildirmək üçün söz Ucar Rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədova verilmişdir. Natiq öz növbəsində regionların inkişafı və Ucar rayonunda abadlıq, quruculuq işləri və Cənab Prezidentin 3 dəfə Ucar rayonunda Prezident kimi səfərdə olması, Ucar rayonunun sosial-iqtisadi inkişafı, o cümlədən atılan addımlar ilə bağlı ətraflı məlumat vermişdir. Bilavasitə ölkə prezidentinin başçılığı altında rayonda və vətənimizdə uğurlu işlərin həyata keçirildiyini vurğulamışdır.

Konfransda çıxış edən digər natiqlər Azərbaycanımızda 18 illik tarix dövründə görülən işlər və qazanılan uğurlu nəticələrlə bağlı öz fikirlərini toplantı iştirakçıları ilə bölüşmüşdürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki