Deputatlığa namizədin barəsində milyonluq İDDİA – Faiq Xudayev möhtəşəm villa tikdirir? – VİDEO
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə 11 gün qalır.
Yenicag.az adları qalmaqallardan əsirgənməyən, milyonluq villaları və biznes fəaliyyətləri ilə yerli medianın manşetlərini “bəzəyən” bəzi namizədlər haqqında müntəzəm araşdırmalar dərc edib.
Milyonluq sərvəti ilə gündəmə gələn namizədlərdən biri də 49 saylı Abşeron ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Faiq Xudayevdir.
Qeyd edək ki, Faiq Xudayev 2020-ci ilin yanvarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilib.
Nəticə yoxdur.
Faiq Xudayev haqqında yayılan məlumatlardan biri Mehdiabad qəsəbəsinin Şıxəli Qurbanov küçəsində hazırda inşa etdirdiyi villa barədədir. Məlumatlarda onun tikdirdiyi villasının dəyərinin 1 milyon manat olduğu qeyd edilir.
F.Xudayevin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna direktor təyinatından cəmi dörd il keçir. Bu az müddət ərzində F.Xudayevin milyonluq villa tikdirməyə imkan əldə etməsi bəzi suallar doğurur. Çünki onun adı başqa imkanlı namizədlər kimi biznes fəaliyyəti ilə məşğul olmaqda hallanmır.
Yəqin ki, F.Xudayev bu məlumata aydınlıq gətirəcək. Qeyd edək ki, F.Xudayev yayılan informasiya ilə ona ünvanlanan sorğulara cavab verməyib.