image-3backend

DMX: Ötən ay əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda yaşamaq üçün altı mindən çox müraciət ediblər

image-reklam_sirab_01

Ötən ay Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 6 min 439 müraciəti daxil olub.

Bu barədə Vətəninfo.az-a DMX-dən məlumat verilib.

Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 57 min 969 müraciət ediblər.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 2 min 51 olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image