image-52backend

Dövlət Sərhəd Xidmətinin 26 yaşlı baş çavuşu xidmət zamanı vəfat etdi

image-reklam_sirab_01

Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmasından halı pisləşib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Hərbi qulluqçunun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq, o, yolda dünyasını dəyişib. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırıl­ması üzrə müvafiq tədbirlər həyata keçirilir. DSX rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki