image-adaubackend

edX platforması ilə əməkdaşlıq çərçivəsində ADAU tələbələri 87 sertifikat əldə edib

image-reklam_sirab_01

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə edX platforması arasındakı əməkdaşlığın ilkin nəticələri açıqlanıb. İndiyədək ADAU üçün ayrılmış 5000 lisenziyadan 47 lisenziya aktivləşdirilərək istifadə edilib. Lisenziyaları aktivləşdirən istifadəçilərdən 41 nəfəri minimum 1 kursa qoşulub. İştirakçılar kursları müvəffəqiyyətlə bitirərək ümumilikdə 87 sertifikat əldə ediblər. İştirakçılar Harvard, University of Washington, University System of Maryland, Universitat Politècnica de València universitetlərinin, The Linux Foundation, TUDelft, IBM, Microsoft təşkilatlarının təqdim etdiyi biznes, biznesin idarəedilməsi, sahibkarlıq, kompüter bilikləri, araşdırma, iqlim dəyişiklikləri, texnologiya, liderlik istiqamətləri üzrə ingilis və ispan dilində olan kurslarda iştirak edərək yüksək nəticələr əldə ediblər. ADAU ilə edX platforması arasındakı əməkdaşlıq 2021-ci il mart ayından başlayıb. İstifadəçilərin marağına səbəb olan bu təşəbbüs rəğbətlə qarşılanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki