image-1backend

“Efes-2024” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

image-reklam_sirab_01

Türkiyədə işgüzar səfərdə olan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES – 2024” çoxmillətli təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Bu barədə Vətəninfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.

Nümayəndələr Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra “Türk ulduzları”nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES – 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

Sonda təntənəli konsert proqramı təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image