Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Vətəninfo.az-a Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. İclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.