image-1backend

Əlahiddə Ümumqoşun Orduda təlim-metodiki toplantı keçirilib – VİDEO

image-reklam_sirab_01

 

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Vətəninfo.az-a verilən xəbərə görə, təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.

Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib.

Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki