image-2backend

Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”

image-reklam_sirab_01

“Bu, Azərbaycan idmanında, güləşində tarixi hadisədir. Sərbəst güləşçilərimiz bir neçə gün əvvəl Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatından qayıtdılar. Onlar iki bürünc medalla gəldilər. Bu gün isə yığma komandamız yunan-Roma güləşi üzrə dünya çempionatında komanda hesabında bürünc mükafatını qazanıb. Bildiyiniz kimi, Rafiq Hüseynv 82 kq çəkidə qızıl medal, Sənan Süleymanov 77 kq çəkidə gümüş medal, Eldəniz Əzizli 55 kq çəkidə, Murad Məmmədov 60 kq çəkidə bürünc medallar qazandılar. Bu, Azərbaycan Güləş Federasiyasının böyük uğurudur”.

Veteninfo.az  xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Norveçdə keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan millisinin qazandığı nəticəni şərh edərkən deyib.

Elçin Cəfərov qeyd edib ki, yarışa hazırlıq, təlim-məşq toplantıları uzun müddət aparılıb: “Bu işdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə minnətdarlığımı bildirirəm. Hazırlıqlarımızı bundan sonra da davam etdirəcəyik.

İdmançılarımızın bu uğurunu “Dəmir yumruq” əməliyyatının keçirildiyi, qələbənin qazanıldığı müharibənin şəhidlərinə, qazilərinə həsr edirik. Hesab edirəm ki, onlar keçən il bu qələbəni bizə bəxş etdikləri kimi, idmançılarımız da qələbələrini onlara həsr edir”.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti bildirib ki, yaxın vaxtlarda Serbiyada 23 yaşlı güləşçilər arasında dünya çempionatı keçiriləcək: “Azərbaycan Güləş Federasiyası ilin sonuna kimi bir neçə təlim-məşq toplantısı və daxili yarışların keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə işlərmizi davam etdirəcəyik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki