image-c84b921b-bd7e-3dff-9c08-4679ebb7db98_850backend

Əlillik təyinatı aparılan qazilərin sayı AÇIQLANDI

image-reklam_sirab_01

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub.

Veteninfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib.

Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: “Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki