image-1backend

Elza Seyidcahan namizədliyini verir: “Deputat seçilsəm…”

image-reklam_sirab_01

Elza Seyidcahan namizədliyini verir:
Əməkdar artist Elza Seyidcahan sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürəcək.

Vətəninfo.az bildirir ki, bu haqda Teleqraf.com-a əməkdar artistin özü məlumat verib: “Allahın köməyi ilə millət vəkili olmaq üçün namizədliyimi irəli sürmüşəm.

İki dəfə parlament seçkilərində iştirak etmişəm. Bu il yəqin ki, millət vəkili ola biləcəm. Çünki o zaman gəzirdim, indi isə uçuram. Deputat olsam təklif edəcəm ki, Fəxri Xiyabana mikrofon çəkilsin, gecə-gündüz dəfn edilənlərin əsərləri səslənsin. “Ç” hərfinə “c” hərfi deyən müəllimlər təcili işdən çıxarılsın. Bayağı oxuyan müğənnilər efirə buraxılmasın. Azərbaycan qrammatikasının düzgün bilməyən aparıcılar efirdən uzaqlaşdırılsın”.

Qeyd edək ki, Elza Seyidcahan 2015 və 2020-ci illərdə parlament seçkilərinə qatılılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki