image-reklam-veteninfo
image-1backend

Erməni spiker Alen Simonyan evlənir

image-reklam-veteninfo

Ermənistan parlamentinin sədri Alen Simonyan və model sevgilisi Anela Qubryan rəsmi nikah üçün müraciət ediblər.

Erməni KİV-ləri xəbər verir ki, cütlük, artıq VVAQ-a (Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı) ərizə təqdim edib.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Alen Simonyan və Anela Qubryan yaxın vaxtlarda ailə həyatı qurmağa hazırlaşırlar. Hələlik toy mərasiminin keçiriləcəyi tarix və məkan barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Simonyan ötən il jurnalist Mariam Marqaryanla boşanıb. Cütlüyün bu nikahdan iki övladı var.

Onu da əlavə edək ki, Alen Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki