Ermənistanın azərbaycanlılara qarşı soyqırım törətdiyi Xocalıda yenidənqurma işləri aparılır.
Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Həftə” analitik-informasiya proqramının müəllifi Rövşən Məmmədov bildirib.
O qeyd edib ki, Xocalı soyqırımının qisası döyüş meydanında alınıb: “30 il səbrlə yanaşdıq ki dünya birliyi Xocalı soyqırımına və Qarabağın işğalı faktına ədalətli mövqe ortaya qoyacaq. Amma beynəlxalq hüquq işləmədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ayağa qalxaraq, şəhidlərimizin qanı və canı bahasına, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə Qarabağ işğaldan azad olundu. Xocalımız işğaldan azad olundu. Bu gün Xocalıda soyqırımın qurbanı olan 613 dinc sakinin, şəhidimizin də ruhu şaddır. Çünki Xocalı yenidən qurulur və abadlaşdırılır. Yeni Xocalı yaranır”.
Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: