Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə müsahibəsində bildirib.
“Moskvanın İrəvanın son sərt bəyanatlarına sərt reaksiyası onların yalana əsaslanması və ya faktları təhrif etmək cəhdi ilə bağlıdır. Biz o qədər də səs tonu və şəxsi təhqirlərə deyil, deyilənlərin altında yatan qeyri-dəqiqliyə fikir veririk. Ona görə də Ermənistan səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib”, – Zaxarova Şərq İqtisadi Forumu zamanı deyib.


























