image-729b3f0f-6c06-4af1-a620-7ed751737686backend

Ermənistan qonşu ölkələrlə münasibətləri dərinləşdirə bilcəkmi?

image-reklam_sirab_01

Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması istinaqmətində artıq bir müddətdir  siyasi platformalarda söhbətlər səngimir.2-ci Qarabağ müharibəsindən sonra qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan son çıxışlarında Ermənistanla münasibətlərin qurulması isitqamətində vermiş olduğu mesaj,rəsmi İrəvan tərəfindən günlərdir siyasət meydanını çalxalamaqdadır.

Siyasi ekspertlət  30 ildir bağlı sərhədlər arxasında yaşayan iki qonşu ölkə arasında əlaqələrin qurulması istiqamətində səslənən fikirləri,müsbət işarə olaraq dəyərləndirirlər. Hətta ekspertlər Türkiyə təyyarələrinin Bakıya Ermənistan üzərindən uçmağa başlamasınını belə, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru müsbət əlamət olaraq görməkdədirlər. Ermənistanın yenidən seçilmiş Baş naziri Nikol Paşinyan Türkiyə ilə “heç bir şərt olmadan” barışığa hazır olduğunu bildirib, Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan isə deyib ki, əgər Yerevan bu addımı atmağa hazırdırsa, Ankara Ermənistan hökuməti ilə “münasibətləri tədricən normallaşdırmaq üçün işə başlaya bilər”. Rəsmi Bakı bu bəyanatlarla bağlı heç bir reaksiya verməyib və təhlilçilər deyir ki, Azərbaycan 2-ci Qarabağ Müharibəsində qalib gəldiyi üçün və torpaqlarının əhəmiyyətli hissəsini geri qaytardığı üçün Ermənistan və Türkiyə arasında münasibətlərin istiləşməsinə soyuq baxmır.

Veteninfo.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə   bildirib ki, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildə Türkiyə tərəfinin təşəbbüsü ilə, Azǝrbaycan ǝrazilǝrinin Ermǝnistan tǝrǝfindǝn işgalına etiraz olaraq bağlanıb.

Ölkələr arasında erməni tərəfinin “soyqırım” kimi tanınmasına çalışdığı 1915-ci il Osmanlı Türkiyə hadisələri ilə bağlı ziddiyyǝt dǝ vardır: “Ermənistan  44 günlük ikinci Qarabağ müharibəsində aldığı ağır zərbədən sonra,rəsmi İrəvan az da olsa özünün regional siyasətində dəyişikliklər edəcəyi mesajları verməyə  başladı.Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin mənsublarının  ara-sıra Türkiyə ilə münasibətlərin qurulması yönündə açıqlamaları, iki ölkə arasında  yaxınlaşması üçün müəyyən zəmin yaranıb”. Cavanşir Paşazadə əlavə edib ki,Türkiyə ilə Ermənistan arasında soyuq münasibətlər əriməsi baş verə bilər: “Əgər Ermənistan özünün iqtisadi təcridini  aradan qaldırmaq istəyirsə, o zaman həm Türkiyənin regional iqtisadi güc kimi inkişafının qarşısnı alan ittifaqlardan uzaq dayanmalı, Türkiyəyə qarşı düşmənçilik düşüncələrindən uzaq olmalıdır”.

Millət vəkilinin sözlərinə görə,  bu 1993-cü ildən bəri diplomatik əlaqələri kəsilən Türkiyə ilə Ermənistan arasında ilk yaxınlaşma cəhdi deyil. 2009-cu ildə Sürixdə görüşən Türkiyə və Ermənistan xarici işlər nazirləri hətta diplomatik əlaqələrin qurulması haqqında protokollara da imza atdılar. Lakin əlaqələrin normallaşması prosesini başa çatdırmaq mümkün olmayıb: “İndi həm bir tərəfdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və Ermənistanın baş naziri Nikol Paşinyanın  bu proses üçün müəyyən siyasi mühitin yaranması barədə kövrək əlamətlər nəzərə alınaraq verdiyi mesajlar vardır, eyni zamanda da Ermənistanın  dövlət olaraq Türkiyəyə qarşı həyata keçirdiyi dövlət siyasəti mövcuddur”. Cavanşir Paşazadə  “iki ölkə arasında sərhədlərin açılması prosesinə Azərbaycanın münasibətinin necə ola bilər”-sualımıza cavabında isə bildirib ki, bu ilin fevral ayında məsələyə münasibət bildirən Azərbaycan Prezidenti deyib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna “hər hansısa mənfi rəy verilməyəcək”.Xatırlayırsınızsa  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu məsələ ilə bağlı bir açıqlaması da vardı və  İlham Əliyev cənabları “Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikri yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir”, -demişdi. Ona görə də indi Azərbaycanın prioriteti Ermənistan ərazisindən Naxçıvana keçən nəqliyyat dəhlizidir: “Naxçıvan dəhlizi Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına cavab verir”.

 

Veteninfo.az

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki